SİZİN REKLAM BURADA!
055 213 76 73



Kiyev “Dinamo”sunun və SSRİ yığmasının əfsanəvi futbolçusu Viktor Matvienko dünyasını dəyişib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçunun ölüm səbəbi açıqlanmır.

Xatırladaq ki, Matvienko Odessanın “SKA”, Zaparojyenin “Metallurq” və Kiyevin “Dinamo” klublarında oynayıb. Dördqat SSRİ çempionu, UEFA Superkubokunun sahibidir.

Avropa Çempionatında gümüş, Olimpiya oyunlarında isə bürünc medal qazanıb. (Qafqazinfo.az)

BAKU.WS