SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II mərhələsində cavab oyununa çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Almaniyada "Herta" ilə üz-üzə gəlib. Berlin şəhərində "Vurfplats" stadionunda təşkil edilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ" bu nəticədən sonra UEFA Gənclər Liqasındakı çıxışını başa vurub. 

Qeyd edək ki, bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda "Herta” 3:1 hesabı ilə qələbə qazanıb.

BAKU.WS