SİZİN REKLAM BURADA!
055 213 76 73



“Qeyri-idman şərhçisindən fantastik, amma ziddiyyətli bir şey eşitdim. Məsələn, “Şalke”nin “Qarabağ”dan zəif olduğunu söylədi”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Portuqaliyanın “Portu” komandasının baş məşqçisi Serjiu Konseysau Almaniya “Şalke”si ilə
keçirəcəkləri Çempionlar Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis belə fikirlərə önəm vermədiyini, amma komandasının əməyinin minimuma endirilməsinə görə hirsləndiyini ifadə edib. O, “Sportinq”lə müqayisədə daha çətin qrupa düşdüklərini vurğulayıb: “Televiziyada bu cür danışmaqla “Portu”nun gördüyü işləri minimuma endirmək cəhdi məni hirsləndirir. Bu, normal hal deyil. İki köpək balığı və iki delfinin olduğu qrupdan çıxmaq asandır. Biz isə keçilməsi daha çətin olan balanslı qrupa düşmüşük”.

D qrupunda yer alan “Portu” 10 xalla liderdir. Konseysaunun rəhbərlik etdiyi kollektiv “Şalke” ilə görüşdə bir xal qazanacağı təqdirdə, “Lokomotiv” (Rusiya) – “Qalatasaray” (Türkiyə) matçının nəticəsindən aslı olmayaraq, 1/8 finala yüksələcək.

Qeyd edək ki, Avropa Liqasında mübarizə aparan “Qarabağ” noyabrın 29-da Bakı Olimpiya Stadionunda Portuqaliyanın digər təmsilçisi “Sportinq”i qəbul edəcək. Qarşılaşma saat 21:55-də başlayacaq.

BAKU.WS