2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq.
 
BAKU.WS-in məlumatına görə, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub. 
 
Hazırda məsələyə UEFA tərəfindən baxılır.
 
Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ