SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçında qarşılaşacağı Ukrayna "Vorskla"sı ilə matç üçün Poltavaya yollanıb.

Komanda Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə 18:30-da havaya qalxıb. Təyyarə üç saatlıq uçuşun ardından Poltava hava limanına enəcək.

Noyabrın 7-də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və "Vorskla"nın baş məşqçisi Vasili Saçko mətbuat konfransı təşkil edəcək.

Qeyd edək ki, noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

BAKU.WS