VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qalatasaray" Spor Toto Super Liqanın 11-ci həftəsində əzəli rəqibi "Fənərbağça"nı qonaq edəcək.

BAKU.WS-in məlumatına görə, sarı-qırmızılı klub 19 xalla turnirdə 2-ci pillədə qərarlaşıb.

Super Liqada tarixinin ən pis dövrünü keçirən "Fənərbağça" isə 9 xalla 15-ci sırada yer alıb.

Bütün Türkiyənin böyük maraqla gözlədiyi derbi matçı Bakı vaxtı ilə saat 22:00-da Türk Telekom stadionunda keçiriləcək.

Azərbaycanlı futbolsevərlərin böyük marağına səbəb olan bu qarşılaşmadan kimin qalib ayrılacağı hər kəs üçün maraqlıdır. 

Qeyd edək ki, "Qalatasaray" son 3 ev oyununda rəqibinə məğlub olmayıb. 

Abbas
BAKU.WS