Bu gün Topaz Premyer Liqasında ikinci turunun oyunlarına start verilib. 


BAKU.WS-in məlumatına görə, iddialı "Qəbələ” klubu AZAL-la üz-üzə gəlib. Qarşılaşma 2:0 hesabı ilə "Qəbələ”nin xeyrinə başa çatıb. Oyunun birinci hissəsinə əlavə olunmuş dəqiqələrində Aleksey Qayla hesabı açan "Qəbələ” futbolçuları hazırda həbsdə olan kapitanları Cavid Hüseynova dəstək veriblər. Futbolçular kapitanın formasını əllərində tutublar. 


Xatırladaq ki, futbolçu Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək sonradan ölməsilə bağlı işdə şübhəli şəxs kimi saxlanılıb. Onun barəsində 3 aylıq həbs qərarı verilib.  


Azad Əliyev

BAKU.WS