SİZİN REKLAM BURADA!
055 213 76 73



2015-ci ilin dünya birincisi Rəsul Çunayev Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatında üçüncü yerlə kifayətlənib. 

BAKU.WS xəbər verir ki, Çunayev 72 kq çəki dərəcəsində bürünc medal qazanıb. Ardıcıl olaraq yaponiyalı Tomohiro İnoeni və iranlı Məhəmmədəli Gerayini məğlub edən Çunayev yarımfinalda almaniyalı Frank Steblerə uduzsa da, medal qarşılaşmasında Abuyazid Mantsiqovu 4:3 hesabı ilə məğlub edib. Bu, 27 yaşlı idmançının 4 ildən sonra ikinci dünya "bürünc"ü olub.

BAKU.WS