VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

BAKU.WS-in məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı final qarşılaşmasında Qırğızıstan təmsilçisi Yolaman Şarşenbekovu 59 saniyəyə məğlub edib.

Həmyerlimiz çinli rəqibini də ilk hissədə devirib. Möhtəşəm çıxışını davam etdirən Eldəniz yapon güləşçini də vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırıb. Əzizlinin qarşısını Gürcüstan pəhləvanı da kəsə bilməyib. Həmyerlimizin final görüşü oktyabrın 25-də baş tutub.

Qırğızıstan təmsilçisinə elə ilk hissədə gücünü göstərən Eldəniz dünya çempionu olub. Bu, Əzizlinin karyerasında ilk dünya çempionluğudu.

BAKU.WS