Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.

BAKU.WS-in məlumatına görə, 48 kq çəkidə dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Sonhyanq Kimi məğlubiyyətə uğradıb və gümüş medalı təmin edib - 4:2 .

7 qat Avropa və birqat dünya çempionu olan idmançı finalda mundialın son qalibi yaponiyalı Yui Susaki ilə qarşılaşcaq. 30 yaşlı idmançı 1/8 finalda isveçli Fredrika İda Peterssonu, 1/4-də isə çinli Yanan Sunu üstələyib.

Bu gün mübarizəyə qoşulan Elmira Qəmbərova təsnifat mərhələsində, Anjela Doroqan 1/4 finalda, Alyona Kolesnik isə 1/8 finalda məğlub olublar.

Qeyd edək ki, Mariya Stadnikin final görüşü sabah keçiriləcək. Azərbaycanın digər qadın idmançısı İrina Netreba isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

BAKU.WS