SİZİN REKLAM BURADA!
055 213 76 73



UEFA Millətlər Liqası turniri çərçivəsində ötən gün Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – Malta oyunundan sonra millinin baş məşqçisi oyunla bağlı danışıb.

 

BAKU.WS-in məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov futbolçularından razı qaldığını bildirib: 


“Qələbə qazana bilməsək də, buna nail olmaq üçün bütün gücünü meydanda sərf etdiyinə görə, futbolçularıma təşəkkür edirəm. Məğlub olsaydıq belə, onlardan razı qalacaqdım. Futbolçularda müəyyən qədər gərginlik vardı. Ancaq epizodlara görə onlara hansısa iradlar bildirmədim.


Bu gün qələbə qolunu vura bilmədik. Oyun sürətli keçdi, xeyli sayda hücumlar quruldu. Komandam sona qədər dayanmadan mübarizə apardı. Artıq futbolçularımız da 90 dəqiqə mübarizə aparmağa öyrəşib. Bu komandaya, futbolçulara inanmaq lazımdı. Onların hər biri kifayət qədər məsuliyyətlidirlər”.


BAKU.WS