SİZİN REKLAM BURADA!
055 213 76 73



Argetinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.


BAKU.WS-in Azərbaycan Güləş Federasiyasına istinadla verdiyi məlumata görə, sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə A qrupunda start verib.


Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. Bayramov Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub. Beləliklə, Turan Olimpiadanın finalına vəsiqə qazanıb.


Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb. Dünya çempionatının yarımfinalında 8:2 hesabıyla qalib gəldiyi güləşçiylə Olimpiadanın həlledici görüşündə üz-üzə gələn Bayramov ilk hissəni 4:0 hesabıyla öndə bitirib. İkinci hissədə də təşəbbüsü əldən verməyən Turan olimpiya çempionu olub.


A qrupu

Turan Bayramov - Tahi Pehi Eynsli Uesterli (NZL) 10:0

Turan Bayramov - İnayət Ullah (PAK) 8:0


FİNAL - Turan Bayramov - Məhəmməd Baqi Kərimiseyfabad (İRİ) 6:1


BAKU.WS