SİZİN REKLAM BURADA!
055 213 76 73



Yunanıstan milli komandasının sabiq futbolçusu Georgios Samaras karyerasını başa vurub.

"Report" xəbər verir ki, bu barədə Şotlandiyanın "Seltik" klubu rəsmi "Twitter" hesabından paylaşım edib.

Qeyd edək ki, Georgios Samaras 2006-ci ildən 2014-cü ilə qədər Yunanıstan yığmasının formasını geyinib. O, karyerası ərzində "Seltik"lə yanaşı, Hollandiyanın "Herenven", İngiltərənin "Mançester Siti" və "Vest Bromviç", İspaniyanın "Saraqosa" və Türkiyənin "Samsunspor" klublarının şərəfini qoruyub. 

BAKU.WS