SİZİN REKLAM BURADA!
055 213 76 73



Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışlarında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən çeçen döyüşçü Həbib Nurməhəmmədovu mükafatlandırıb.

BAKU.WS 
Rusiya KİV-nə istinadən xəbər verir ki, "Qroznının fəxri vətəndaşı" elan edib və "Qroznı şəhərinin 200 illiyi" medalı ilə təltiv edib.

Kadırov bununla yanaşı atasının adına təsis etdiyi "Ahmed-Hacı Kadırov" fondunun adından idmançıya avtomobil də bağışlayıb.

Bundan başqa, Həbibin atası və məşqçisi Abdülmanaf Nurməhəmmədova “Çeçenistan Respublikasının Əməkdar bədən tərbiyəsi işçisi” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS