VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Sumqayıt" növbəti futbolçunu heyətinə cəlb edib.

BAKU.WS xəbər verir ki, 2011-2015-ci illər aralığında komandanın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. Adıçəkilən futbolçu "Sumqayıt" FK-da 8 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 22 yaşlı Əliyev 2011-2015-ci illər ərzində "Sumqayıt"ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü "Zirə"də (5 oyun) keçirmiş yarımüdafiəçi "Xəzər Lənkəran" (8 oyun) və "Kəpəz"in də (39 oyun, 3 qol) şərəfini qoruyub.

Orxan Əliyev həmçinin U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərimizin də formasını geyinib.

BAKU.WS