VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan bayrağını başı üzərinə qaldırıb.

BAKU.WS xəbər verir ki, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən "Tank" ləqəbli Kikboksçumuz Xəyal Əhmədov oktyabrın 6-da rinqə çıxıb. Almaniyalı idmançı Lukas Boçenski ilə gücünü sınayan X.Əhmədov inamlı qələbə qazanaraq Azərbaycanın idman uğurlarına daha bir imza atıb.

Qeyd edək ki, bir qədər əvvəl Amerikada qaydasız döyüş üzrə çoxdandır gözlənilən qarşılaşma da başa çatıb. İrlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasındakı döyüşdə Azərbaycanda da qələbəsi səbirsizliklə gözlənilən Həbib Nurməhərmmədov uğur qazanıb. Beləliklə, azarkeşlər bir gündə iki sevincli xəbər alıblar.

BAKU.WS