VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qarabağ" yaxşı oyun sərgilədi. Lakin hücumları məntiqi sonluğa çatdıra bilmədik. Onu da nəzərə almaq lazımdır ki, rəqib "Arsenal" idi".

BAKU.WS
"report"a istinadən xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduğu görüş barədə danışarkən deyib.


O bildirib ki, Azərbaycan təmsilçisi ilk 2 turda uduzsa da, komandadan qarşıdakı oyunlarda müsbət nəticələr gözləyir.


Milli assosiasiyanın rəhbəri bu mövsüm Avroliqanın final görüşünün keçiriləcəyi Bakı Olimpiya Stadionundakı (BOS) vəziyyəti yüksək qiymətləndirib. Onun fikrincə, hazırda BOS dünyanın ən yaxşı stadionlarındandır.


R.Abdullayev FIFA prezidenti ilə son görüşündən də danışıb. AFFA prezidenti görüşdə Azərbaycanda futbolun ümumi vəziyyəti ilə bağlı söhbət apardıqlarını bildirib. O, deyib ki, ali futbol qurumunun rəhbəri ölkə futbolunun inkişaf tempindən xeyli razıdır.


BAKU.WS