SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün X turun görüşləri keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvafiq olaraq, Ukrayna və Ermənistanla qarşılaşıb.

Hər iki komanda turu qələbəsiz başa vurub. Kişilərdən ibarət yığma Ukraynaya uduzub. Görüşün taleyini üçüncü lövhədə Arkadi Naydiçin ağ fiqurlarla məğlubiyyəti həll edib. Qalan 3 şahmatçı isə heç-heçə ilə kifayətlənib.

Bu məğlubiyyətdən sonra 13 xalla 20-ci pilləyə enən Azərbaycan yığması medal şansını itirib.

Qadın millisi isə Ermənistanla heç-heçə edib. Komanda üzvlərinin hamısı görüşlərini sülhlə başa vurublar. Bu nəticədən sonra 15 xalla 7-ci pilləyə enən Azərbaycan yığması medal şanslarını son tura saxlayıb.

Ümumdünya Şahmat Olimpiadası

X tur

Kişilər


Azərbaycan - Ukrayna - 1,5:2,5

Şəhriyar Məmmədyarov - Vasili İvançuk - 0,5:0,5

Teymur Rəcəbov - Pavel Elyanov - 0,5:0,5

Arkadi Naydiç - Yuri Krivoruçko - 0:1

Rauf Məmmədov - Ruslan Ponomaryov - 0,5:0,5

Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla oynayıb.

Qadınlar

Azərbaycan - Ermənistan - 2:2

Günay Məmmədzadə - Elina Danielyan - 0,5:0,5

Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan - 0,5:0,5

Xanım Balacayeva - Anna Sarqsyan - 0,5:0,5

Gülnar Məmmədova - Mariya Kursova - 0,5:0,5

Məmmədzadə və Balacayeva ağ, Məmmədyarova və Məmmədova qara fiqurlarla çıxış edib.

BAKU.WS