VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qarabağ" futbol klubu azarkeşlərinə müraciət edib.

BAKU.WS-in məlumatına görə, müraciətdə deyilir ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ" - "Arsenal" oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə - saat 17:55-də açılacaq.

Azarkeşlərdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur.

Xatırladaq ki, "Qarabağ" ilk turda səfərdə "Sportinq" (Portuqaliya) klubuna 0:2 hesabı ilə məğlub olmuşdu.

BAKU.WS