VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Oktyabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilir.


E qrupunda yer alan Almaniyanın “Bavariya” klubu “Alyanz Arena”da Hollandiyanın “Ayaks” komandasını qəbul edəcək. Portuqaliya çempionu “Benfika” isə səfərdə Yunanıstanın AEK klubunun qonağı olacaq.


İlk turda “Ayaks” doğma meydanda AEK-ı (3:0), “Bavariya” isə səfərdə “Benfika”nı məğlub edib (2:0).


F qrupunda yer alan Almaniyanın “Hoffenhaym” klubu doğma meydanda İngiltərə çempionu “Mançester Siti” komandasını qəbul edəcək. Qrupun digər qarşılaşması Fransada oynanılacaq. “Lion” Ukraynanın “Şaktyor” klubunu qəbul edəcək. İkinci turda “Mançester Siti” qalib gəlməyə çalışacaq, çünki ilk turda doğma meydanda “Lion”a gözlənilmədən məğlub olub (2:1). “Şaktyor” – “Hoffenhaym” oyununda isə qalib müəyyənləşməyib (2:2).


UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın “Real Madrid” klubu G qrupunda səfərdə Rusiyanın MOİK komandasının qonağı olacaq. İtaliyanın “Roma” klubu isə doğma meydanda “Olimpiko” stadionunda Çexiya təmsilçisi “Viktoriya Plzen” klubunu qəbul edəcək.


İlk turda “Viktoriya Plzen” klubu ilə sonuncu dəqiqələrdə vurduğu qolla MOİK 2:2 hesabı ilə heç-heçə edib, “Real Madrid” isə “Santyaqo Bernabeo” stadionunda “Roma”nın qapısından üç cavabsız top keçirib.


H qrupunda yer alan İtaliyanın “Yuventus” klubu doğma meydanda İsveçrənin “Yanq Boyz” klubu ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupun digər qarşılaşması isə İngiltərədə baş tutacaq. “Mançester Yunayted” İspaniyanın “Valensiya” klubunu qəbul edəcək.


UEFA Çempionlar Liqasının ilk turunda “Yuventus” klubu səfərdə “Valensiya” ilə oyunda 29-ci dəqiqədə əsas qol silahı sayilan Kriştianu Ronaldusuz qalıb. Buna baxmayaraq rəqibin qapısından iki cavabsız top keçirdib. “Mançester Yunayted” isə səfərdə “Yanq Boyz” klubu üzərində böyük hesablı qələbə qazanıb (3:0).


Qeyd edək ki, “Hoffenhaym” – “Mançester Siti” və “Yuventus” - “Yanq Boyz” oyunu Bakı vaxtı ilə saat 20:55-də, digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.


BAKU.WS