VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın qadınlardan ibarət voleybol komandası Yaponiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

BAKU.WS bildirir ki, dünya çempionatı Yaponiyanın 6 şəhərində təşkil edilib. Millimizin daxil olduğu “C” qrupunun oyunları Kobe şəhərində keçirilir.

Təəssüf ki, Azərbaycan milli komandası dünya çempionatına məğlubiyyətlə başlayıb.

Belə ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma ilk turda ABŞ kollektivinə uduzub - 0:3 (27:29; 21:25; 21:25).

Azərbaycan millisi sentyabrın 30-da Cənubi Koreya (Bakı vaxtı ilə saat 11:10), oktyabrın 2-də Rusiya (08:40), ertəsi gün Trinidad və Tobaqo (08:40), ayın 4-də Tailand (11:10) yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə bu gün başlayıb və oktyabrın 20-dək davam edəcək.

BAKU.WS