Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

BAKU.WS Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 37 mindən çox bilet sahibini tapıb. Stadionun tutumunun 68700 nəfərlik olduğunu nəzərə alsaq, bu, biletlərin 50 faizdən çoxunun satılması deməkdir.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ