VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. 
 
BAKU.WS-in məlumatına görə, azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi "Anderlext” – "Qarabağ” qarşılaşması Belçikada baş tutub. Təəssüf ki, Ağdam təmsilçisinin mərhələ adlamaq istəyi mümkün olmayıb. 

Matçın ilk qolu "Qarabağ”ın futbolçusu Dani Kintanadan gəlsə də, meydan sahibləri birinci hissədə vurduqları iki qolla hesabda önə keçiblər. Ağdam təmsilçisi çox çalışıb matçda dönüş etməyə cəhd edib. Ancaq Azərbaycan təmsilçisi meydançadan 2:1 hesablı məğlubiyyətlə ayrılıb.

Digər təmsilçimiz "Qəbələ” isə son görüşündə "Krasnodar”a məğlub olub - 0:3.

Şahin Həbibov
BAKU.WS