VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Malta-Azərbaycan oyununda birinci taym başa çatıb. Hesabı Malta yığması 10-cu dəqiqədə açıb. Aqius millimizin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib.

Lakin Azərbaycan millisi hesabı bərabərləşdirə bilib. Belə ki, 26-cı dəqiqədə müdafiəçi Təmkin Xəlilzadə rəqib qapıçısını məyus edib.

Birinci taym 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, matçın baş hakimi Nikola Dabanoviçdir. Ona Milovan Djukiç və Jovica Tatar kömək edirlər. Dördüncü hakim funksiyasını Aleksandar Djikanoviç yerinə yetirir.

Yığmamızın start heyətində Kamran Ağayev, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Təmkin Xəlilzadə, Qara Qarayev, Mahir Mədətov, Emin Mahmudov, Riçard Almeyda, Dmitri Nazarov və Rauf Əliyev yer alıblar.

Malta yığmasının ilk on birliyində isə meydana Endryu Hoqq, Cozef Zerafa, Stiv Borq, Andrey Aqius, Rayan Fenek, Pol Fenek, Maykl Mifsud, Andre Şembri, Cozef Mbonq, Jan-Pol Farruca və Rayan Kamilleri çıxacaqlar.

BAKU.WS