SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada Azərbaycan vətəndaşına odlu silahdan atəş açıblar.

BAKU.WS yerli KİV-ə istinadən bildirir ki, hadisə Lipetsk şəhərinin Papin küçəsində baş verib.

Şəhərin Mərkəzi bazarında hücuma məruz qalan və qarpız satmaqla məşğul olan 38 yaşlı həmyerlimiz xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. O, qarın nahiyəsindən çoxsaylı güllə yaraları alıb. Əməliyyat zamanı həkimlər yaralının bədənindən yalnız bir gülləni çıxarıblar, çünki o, çoxlu qan itirdiyindən ağır vəziyyətdə olub.

Həkimlər bildiriblər ki, həmyerlimiz bütün güllə yaralarını qarın nahiyəsindən alıb.

Faktla bağlı cinayət işi açılıb.

Atəş açan şəxs hələlik saxlanılmayıb.

BAKU.WS