"Qalatasaray" əzəli rəqibləri "Fənərbaxça" və "Beşiktaş"ın xal itirdiyi həftədə "Alanyaspor" klubunu qonaq edib. 

BAKU.WS-in məlumatına görə, ev sahibi ilk hissədə vurulan qolla I hissədə hesabda önə keçib. Fernando 47-ci dəqiqədə qapıya yol tapıb. 

II hissədə isə "Qalatasaray" rəqibini meydançaya çıxmağa peşman edib. 49-cu dəqiqədə Sinan, 53-cü dəqiqədə Eren Derdiyok, 56-cı və 84-cü dəqiqədə Emre Akbaba, 82-ci dəqiqədə isə Onyekuru topu silkələyib. 

Son nəticədə 6 qolla qələbəni təmin edən "Qalatasaray" 3 oyuna 9 xal toplayıb və çempionatda 1-ci pillədə qərarlaşıb. 

Şahin
BAKU.WS 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ