SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə "Şerif"ə 0:1 hesabıyla məğlub oldu.

BAKU.WS xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir. "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

BAKU.WS