Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək Moldova "Şerif"i ilə "Qarabağ"ın start heyətləri açıqlanıb.

Qonaq komandanın baş məşqçisi Qurban Qurbanov Belarus BATE-si ilə keçirdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu ilə müqayisədə ilk "11-lik"də 3 dəyişiklik edib. Qapıçı Hannes Halldorsson zədə, hücumçu İnnosent Emeqara zədə üzündən meydana çıxmayacaq. Abdullah Zubir isə ehtiyatda saxlanılıb.

"Şerif": 33. Sergey Paşçenco, 9. Jo Santos, 15. Kristiano 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Zigi Badibanqa, 55. Mateo Suşiç (K.), 77. Yuri Kendış, 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandru Boyçuk

Ehtiyat oyunçular: 21. Nikolay Çeborati, 4. Petru Raku, 7. Gerson Rodriges, 14. Benjamin Balima, 19. Antun Paliç, 35. Ante Kulişiç, 45. Əl-Hacı Kamaran

Baş məşqçi: Qoran Sabliç

"Qarabağ": 13. Vaner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 17. Abdullah Zubir, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, "Şerif" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

BAKU.WS