SİZİN REKLAM BURADA!
055 213 76 73



Avropa oyunlarının qalibi, Avropa çempionu Rəsul Çunayev Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenan rütbəsinə layiq görülüb.

Bu barədə idmançı sosial şəbəkədə yazıb:

"Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim və həmin gün yetişdi. Bu gün Azərbaycan sərhədçilərin peşə bayramı günüdür. Başda DSX-nın rəisi cənab general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçiləri ürəkdən təbrik edirəm və işlərində uğurlar arzulayıram".

Qeyd edək ki, R.Çunayev 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

BAKU.WS