SİZİN REKLAM BURADA!
055 213 76 73


 
FİFA Dünya Kuboku 2018 - futbol üzrə XXI dünya çempionatına ev sahibliyi edəcək Rusiyada kubokun simasının 32 yaşındakı model və televiziya aparıcısı Viktoriya Lopyreva olacağı iddia olunub. 
 
BAKU.WS-in məlumatına görə, 2003-ci ildə Rusiya gözəli seçilən Lopyreva "Maxim" və "Cosmopolitan" jurnalları, həmçinin "Playboy"a çəkilib. Məşhur model verdiyi pozalarla uzuzn müddət gündəmdə qalmışdı. 
 
Futbol üzrə XXI dünya çempionatı 2018-ci ildə Rusiyada keçiriləcək. Tarixində ilk dəfə futbol üzrə dünya çempionatını qəbul edəcək Rusiyanın 13 şəhəri mundial qarşılaşmalarına ev sahibliyi edəcək. Bunlar Kalininqrad, Sankt-Peterburq, Moskva, Yaroslavl, Nijni Novqorod, Samara, Kazan, Saransk, Volqoqrad, Rostov, Krasnodar, Soçi və Yekaterinburq şəhərləridir.
 
BAKU.WS