VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin əslən azərbaycanlı sprinteri 28 yaşlı Ramil Quliyev atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarış Almaniyanın paytaxtı Berlində keçirilib.

Çempionatda Ramil Quliyev 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb.

Bu barədə idmançı “İnstagram” hesabına da yazıb. Ramil Quliyev ona göstərilən qayğı və köməkliyə görə Türkiyənin “Fenerbahçe” İdman Klubuna, Türkiyə Atletika Federasiyasına və Türkiyə Gənclər və İdman Nazirliyinə təşəkkür edib.

Bildirək ki, Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.

BAKU.WS