VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Albaniya "Kukesi"si Maltanın "Valletta" klubunu iki oyunun nəticəsinə əsasən, üstələyərək növbəti mərhələyə yüksəlib.

"Qarabağ" Sloveniya "Olimpiya"sını keçəcəyi təqdirdə, Çempionlar Liqasının II təsnifat mərhələsində məhz Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin cavab oyunu iyulun 18-i Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

17 iyul

20:00. "Valletta" (Malta) - "Kukesi" (Albaniya) - 1:1

Qol: Santiaqo Malano, 67. – İrakli Cariya, 84

İlk oyun - 0:0

BAKU.WS