SİZİN REKLAM BURADA!
055 213 76 73



Gənc azərbaycanlı qardaşlar - gimnastlar Əli və Hüseyn Xəlilov Tıva Respublikasının paytaxtı Qızıl şəhərinə yola düşüb.

BAKU.WS-in məlumatına görə, Tıva Respublikasının başçısı Şolban Kara-ool Azərbaycandan gələn idmançıları şəxsən qəbul edib.

Xəlilovlar qardaşlarından kiçiyi - Hüseynin bu gün 8 yaşı tamam olur. Şolban Kara-ool ad günü münasibətilə gənc idmançını təbrik edib və ona hədiyyə olaraq milli bıçaq və eynək bağışlayıb. Respublikanın başçısı idmançılarla ad günü tortunu birlikdə kəsib.

Qeyd edək ki, Xəlilov qardaşları az yaşlarından idmanla məşğuldurlar. Uşaqlar öz həyatlarını idmana həsr ediblər. Xəlilov qardaşlarının yaşlarının az olmasına baxmayaraq artıq idman gimnastikasında böyük uğurlar qazanıblar. Onlar ölkənin ən perspektivli və ümid vəd edən idmançılarından sayılır.

Şahin
BAKU.WS