SİZİN REKLAM BURADA!
055 213 76 73



Transfer çalışmalarını davam etdirən “Qarabağ” qapı xəttini gücləndirmək üzrədi. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu il Rusiyada keçirilən dünya çempionatında iştirak edən qolkiperi heyətinə qata bilər.

Söhbət İslandiya yığmasının “1 nömrəsi” Hannes Tur Halldorssondan gedir. Son klubu Danimarka “Randers”i olan 34 yaşlı qolkiperlə hərtərəfli razılıq əldə edilib. Onunla münasibətlərin tezliklə rəsmiləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyadakı mundialda İslandiya yığmasının qapısını qoruyan Hannes Tur Halldorsson Argentina ilə bərabərə başa çatan (1:1) qarşılaşmada Lionel Messinin penalti zərbəsini dəf edərək, qəhrəmana çevrilmişdi. Digər peşəsi rejissorluq olan Halldorsson 2011-ci ildən İslandiya millisinin qapısını qoruyur.

BAKU.WS