SİZİN REKLAM BURADA!
055 213 76 73



İllər sonra Türkiyə Super Liqasına qayıdan "Erzurumspor" transfer işlərinə başlayıb. 

BAKU.WS-in məlumatına görə, heyəti sıfırdan formalaşdırmağa çalışan Ərzurum klubu italiyalıların da diqqətini çəkən gənc qapıçı Emil Balayevlə maraqlanır. 

"Azərbaycanlı Buffon" adı ilə tanınan Emil Balayevin transfer xərclərinin az olması türk klubunun iştahını daha da artırıb. 24 yaşı olan perspektivli qapıçının transferi üçün 600 min avro ödənilməlidir.

"Səbail" klubu ilə yollarını ayırmaq qərarı verən gənc qapıçı Azərbaycan milli komandasının aşağı yaş qruplarında çıxış edir.

Abbas
BAKU.WS