Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la “Olimpiya” arasında keçiriləcək hər iki oyunun tarixi müəyyənləşib. Apasport.az-ın “Olimpiya”nın rəsmi saytına istinadən məlumatına görə, ilk qarşılaşma iyulun 11-də baş tutacaq.

Həmin gün “Qarabağ” Lyublyanada Sloveniya çempionunun qonağı olacaq. Görüş yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.

Komandalar arasında cavab görüşü isə iyulun 18-də Bakıda oynanılacaq.

BAKU.WS