VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Polşanın Kolobzerq şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində finalçılar məlum olub.


BAKU.WS
-in verdiyi məlumata görə, milli komandamızın iki üzvü həlledici döyüşə vəsiqə qazanıb. 69 kq çəki dərəcəsində mübarizə aparan İsmayil Hüseynov yarımfinalda polşalı Sebasytyan Viktorzak üzərində qələbə qazanıb - 3:0. Boksçumuz qızıl medal uğrunda görüşdə irlandiyalı Maykl Nevinlə üz-üzə gələcək.


Ruslan Rüstəmovun (49 kq) yarımfinaldakı qələbəsi daha parlaq olub. Həmyerlimiz Ermənistan nümayəndəsi Alen Danielyanı məğlub edib - 3:0. Millimizin üzvü finalda irlandiyalı Stefen Makkennayla qarşılaşacaq.


60 kq çəki dərəcəsindəki təmsilçimiz Elməddin İsmayılov isə yarımfinalda almaniyalı Denis Qaşiyə uduzaraq, bürünc medalla kifayətlənib.


Ziya Səccad

BAKU.WS