VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qarabağ" klubu ilə yollarını ayıran İbrahim Şehiçin yeni klubu məlum olub.

BAKU.WS-in məlumatına görə, Bosniya-Herseqovina yığmasının üzvü olan qolkiper "Erzurumspor" klubuna transfer olunub. 29 yaşındakı təcrübəli qapıçı ilə sabah müqavilə bağlanılacaq.

2011-13 illərdə "Mersin İdman Yurdu" klubunun formasını geyən Şehiç yeni klubunda illik 550 min avro qazanacaq. 5 ildir ki, "Qarabağ"da inamlı çıxış edən Şehiç yığma komandanında əvəzedilməzlərindən birinə çevrilib. 

Şahin
BAKU.WS