SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan millisi bu gün Qırğızıstan millisi ilə yoldaşlıq oyunu keçirib.

Bakı Olimpiya Stadionunda keçirilən görüşdə millimiz 3:0 hesabı ilə Orta Asiya təmsilçisinə qalib gəlib.

Bu, Qurban Qurbanovun millinin baş məşqçisi postunda ilk qələbəsi olub.

Xatırladaq ki, millimiz Qurban Qurbanovun rəhbərliyi altında Bakıda Belarus 0:1 uduzub, Antalyada Makedoniya ilə 1:1 heç-heçə oynayıb.

BAKU.WS