SİZİN REKLAM BURADA!
055 213 76 73



"Real Madrid"in ulduzu Serxio Ramos misirli futbolçu Məhəmməd Salahı zədələdiyi üçün qanun qarşısında cavab verəcək.

BAKU.WS-in məlumatına görə, Çempionlar Liqası final matçında "Liverpul"un futbolçusunu qəsdən zədələdiyi üçün ispan futbolçuya qarşı iddia qaldırılıb.

Dünya Çempionatından kənarda qalma ehtimalı olan Salaha görə misirli vəkil Bassem Vahba Ramosa 1 milyard avroluq təzminat davası açıb.

Bu məlumat qısa zamanda dünya mətbuatının gündəmini zəbt edib. "Real Madrid" klubu və Ramos hələ də böyük əks-səda doğuran məlumata münasibət bildirməyib.

Qeyd edək ki, Ramos Salahın zədələnməsi ilə bağlı açıqlama vermişdi. İspan futbolçu Salahın zədələnməsində özünü günahkar görmədiyini bildirib.

Şahin
BAKU.WS