SİZİN REKLAM BURADA!
055 213 76 73



Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”in qalibi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda marşrutu 1 saat 6 dəqiqəyə qət edən Ukrayna vətəndaşı İqor Olefirenko birinci olub. Finişə iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü çatıb.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.

BAKU.WS