SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bakıda Klassik və Bodibildinq üzrə Azərbaycan kuboku, "Mens Fizik" və "Bikini Fitnes" üzrə Azərbaycan Çempionatı keçirilib.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan yarışda qaliblərin adları məlum olub. 

Bodibildinq üzrə Azərbaycan kubokunun qalibi Fuad Quluzadə, Klassik Bodibildinq üzrə Azərbaycan kubokunun qalibi isə Səid Təbriz olub. 

Azərbaycanda Kişilər arasında keçirilən "Mens Physique" yarışmasında isə Kənan Məmmədov birinciliyi əldə edib. Azərbaycan çempionu, qida mütəxəssisi və  “FitWay” brendinin yaradıcısı Fövqi Əfəndinin tələbəsi olan Kənan diplomla təltif olunub. 

Şahin
BAKU.WS