Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı (AÇ) davam edir.

Üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

Komandamızın lideri Mariya Stadnik finala yüksəlib. O, finalda Rumıniya güləşçisi Emilia Vuçla yarışacaq. Digər güləşçilərimizdən Tatyana Omelçenko ilə Səbirə Əliyeva isə bürünc medal uğrunda mübarizə aparacaq. Onların rəqibləri müvafiq olaraq Katerina Yanuşkeviç (Belarus) və İrina Pasiçnyukdur (Ukrayna).

Final görüşləri sabah keçiriləcək.

50 kq

1/8 final


Mariya Stadnik – Jaklin Şelin (Almaniya) 10:0

1/4 final

Mariya Stadnik – Milana Dadaşova (Rusiya) 10:0

1/2 final

Mariya Stadnik – Kseniya Stankeviç (Belarus) 10:0

55 kq

1/4 final

Solmaz Həşimzadə – Bediha Gün (Türkiyə) 0:4

59 kq

1/4 final

Tatyana Omelçenko – Mimi Xristova (Bolqarıstan) 3:8

68 kq

1/8 final

İrina Netreba – Buse Tosun (Türkiyə) 5:8

76 kq

1/4 final

Səbirə Əliyeva – Janet Nemet (Macarıstan) 9:6

1/2 final

Səbirə Əliyeva – Yekaterina Bukina (Rusiya) 0:10

BAKU.WS