SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından biri baş tutub.

BAKU.WS-in məlumatına görə, "Real Madrid" doğma meydançada "Bavariya"nı qəbul edib. "Santiyaqo Bernabeuda" təşkil olunmuş qarşılaşmada hesab bərəbərə yekunlaşıb. Hər iki klub 2 top vura bilib.

Qarşılaşmada ilk qol 3-cü dəqiqədə qonaqlardan gəlib. Ximmik hesabı açıb. "Real Madrid"in qollarını Benzema vurub. 11 və 46-cı dəqiqədə rəqibin qapısına topu göndərib. "Bavariya"nın növbəti qolu 63-cü dəqiqədə Rodriqezdən gəlib. 

İlk oyunda 2:1 hesablı qələbə qazanan "Real" bu nəticə ilə finala çıxan ilk klub olub. 

Abbas
BAKU.WS