SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın 2 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

BAKU.WS-in məlumatına görə, bunlar Rəsul Çunayev və Murad Məmmədovdur. 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yarımfinalda italiyalı Jacopo Sandrondan üstün olub. 72 kq çəkidə yarışan Çunayev isə gürcü Yuri Lomadzeni mübarizədən kənarlaşdırıb. Yarımfinal mərhələsində belaruslu Viktar Sasunouskiyə məğlub olan Rafiq Hüseynov isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Rəsul Çunayev və Murad Məmmədov finalda Rusiya təmsilçiləri ilə üz-üzə gələcək. Çunayev Adam Kurak, Məmmədov isə Sergey Emelinlə qarşılaşacaq. Final görüşləri sabah keçiriləcək. 1/8 final mərhələsində mübarizəni dayandıran Elman Muxtarov isə təsəlliverici görüşdə ermənistanlı Karen Aslanyanı sınağa çəkəcək.

BAKU.WS