VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çempionlar Liqasında (ÇL) yarımfinalın ilk qarşılaşması baş tutub. 

BAKU.WS-in məlumatına görə, “Liverpul”la doğma meydançasında “Roma”nı qonaq edib. 

Oyuna yaxşı başlayan ev sahibi italyanların qapısından birinci hissədə 2 top keçirib. İkinci hissədə də meydançada "Liverpul" küləyi əsib. Daha 3 qol vuran ingilislər hesabı 5:0 etməyi bacarıb. 80-ci dəqiqədə qonaqlar hesabı 5:1 edib. "Roma"nın ikinci qolu isə 85-ci dəqiqədə penaltidə vurulub. 

Matça "Liverpul"un ulduzu Salah damğa vurub. 25 yaşlı futbolçu 2 qol və 2 məhsuldar ötürmə ilə qarşılaşmada önə çıxan isim olub. 

Şahin
BAKU.WS