“Qəbələ” klubu Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.

BAKU.WS “Report”un məlumatına görə, yarımfinal mərhələsinin ilk matçında evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar”, səfərdə dönüş etməyi bacarıblar.

“Bakcell Arena”da baş tutan qarşılaşmada hesabı “Neftçi” açıb. Oyunun 10-cu dəqiqəsində Soni Mustivar fərqlənib. Bunun müqabilində "Qəbələ"nin bombardiri Baqali Dabo 20 və 30-cu dəqiqələrdə komandasını hesabda önə çıxarıb. Görüşdə son qolu isə əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov vurub. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Beləliklə, finalda ukraynalı baş məşqçilərin – “Qəbələ”nin sükanı arxasında olan Roman Qriqorçukla Yuri Maksimovun rəhbərlik etdiyi komandalar üz-üzə gələcəklər.

Final oyunu mayın 28-də keçiriləcək.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ