SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək.

BAKU.WS-in xəbərinə görə, 1/4 finalın cavab oyunları çərçivəsindəki ilk qarşılaşmalar İtaliya və İngiltərədə baş tutacaq. Hər iki matçda meydan sahibi olan komanda 3 topluq fərqi aradan qaldırmağa çalışacaq.

“Roma”nın “Barselona” ilə görüşdə möcüzə etməsi inandırıcı sayılmır. Düzdü, “Mançester Siti”nin də “Liverpul”u keçməsinə yalnız komandanın sadiq azarkeşləri inanır. Çünki yarışın beşqat qalibi ilə görüşdə bu fərqi aradan qaldırmaq mümkünsüz olmasa da, çox çətindi.
Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu sabah keçiriləcək.
Çempionlar Liqası
1/4 final (cavab oyunları)

10 aprel
22:45. “Roma” (İtaliya) – “Barselona” (İspaniya)
Baş hakim: Klemen Turpin (Fransa)
Roma. Olimpiya Stadionu
İlk oyun – 1:4

22:45. “Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Mançester. Şəhər stadionu
İlk oyun – 0:3

Nihat HÜSEYNZADƏ
BAKU.WS