VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin köklü klublarından "Eskişehirspor" bir neçə futbolçusu ilə yollarını ayırır.
 
BAKU.WS-in məlumatına görə, klub yunan əsilli futbolçu Teofanis Gekasın komandadan ayrılmaq istədiyini və müqavilənin ləğv ediləcəyini açıqlayıb. Mövsümün əvvəlində "Mersin Belediyespor"dan transfer edilən 35 yaşındakı təcrübəli futbolçu "Eskişehirspor" formasıyla çıxdığı 10 matçda torlara 5 qol göndərməyi bacarıb. 
 
"Eskişehirspor"dan ayrılan bir digər futbolçu Azərbaycanın "Qarabağ" klubundan transfer edilən Muarem Muarem olacaq. Klub makedoniyalı futbolçu ilə yolların ayrılacağını açıqlayıb. 27 yaşındakı oyunçusu cəmi 2 rəsmi matçda forma geyib.
 
BAKU.WS