SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Ukraynanın "Qostyax y Qordona" televiziya yayımında "Neftçi" klubu ilə bağlı qalmaqallı açıqlama verilib.
 
BAKU.WS-in məlumatına görə, Kiyev "Dinamo"sunun keçmiş futbolçusu Viktor Serebryannikov 1966-cı ildə keçirilən SSRİ çempionatında Bakı klubundan rüşvət aldıqlarını iddia edib. Serebryannikovun sözlərinə görə, pulu "Neftçi"nin futbolçuları Eduard Markarov və Anatoli Banişevski gətirib. Söhbət 1966-cı ilə "Neftçi"nin klub və Azərbaycan futbol tarixindəki ən yaxşı nəticəsindən gedir. 

Viktor Serebryannikov iddia edir ki, "Neftçi" ilə oyundan əvvəl bir uşaq gəlib onu çağırıb: "Mən çölə çıxanda qarşımda Banişevski və Markarovu gördüm. Biz avtomobilə oturduq. Onlara üçüncü yer lazım idi. Mənə pulla dolu torbanı təklif etdilər: "Vitya, götür!". Mən onlara dedim ki, uşaqlarla danışıb gələcəyəm. Torbanı götürdüm, orada təxminən 80 min rubl var idi. Bu çox məbləğ idi. Sonra komandanı bir yerə yığdım. Daha sonra pulu stolun üzərinə qoyub onlara dedim ki, biz artıq çempionuq. Hamı susurdu. Mən gözlərindən futbolçuların nələr hiss etdiyini bilirdim, amma onlar qorxurdular. Sonra dedim ki, pulu verəcəm və çıxıb oynayacağıq. Bundan sonra futbolçular pula hücum çəkdilər və 80 mini bölüşdürdük". 
 
Xatırladaq ki, "Neftçi" SSRİ çempionatlarında ən böyük uğurlarından birini 1966-cı ildə qazanıb. Klub vaxtilə "kiçik Avropa çempionatı" adlanan SSRİ çempionatının güclülər dəstəsində fəxri kürsüyə yüksələn ilk və yeganə Azərbaycan klubudur. Əhməd Ələsgərovun başçılıq etdiyi "Neftçi" həmin il SSRİ çempionatının bürünc medalına sahib çıxdı.

Məhz Banişevskinin fitri-istedadı hesabına "Neftçi” 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazandı. XX əsrin 60-cı illərində flaqmanda Banişevski, Kazbek Tuayev və Eduard Markarovdan ibarət BMT "üçlüy”ü mövcud idi. 
 
BAKU.WS